Xəzər Xəbər

Cüdo məşqçisi və ailə üzvləri yol qəzasında həlak olublar

Azərbaycan Cüdo Federasiyası məlumat yayıb
Hadisə | 12:00 • 3 İyul 2022
Cüdo məşqçisi və ailə üzvləri yol qəzasında həlak olublar

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol qəzası zamanı vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.

"Gəncə şəhərində fəaliyyət göstərən Metallurq İdman Klubunun cüdo idman növü üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. Azərbaycan Cüdo Federasiyası olaraq, bütün cüdo ailəsi adından Orxan Hümbətovun və ailə üzvlərinin vəfatından kədərləndiyimizi bildirir, onun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!",-deyə məlumatda qeyd olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti