Xəzər Xəbər

Qadını təpiklə vuran sürücü saxlanılıb? Rəsmi açıqlama

Hadisə | 12:40 • 30 İyun 2022
Qadını təpiklə vuran sürücü saxlanılıb?

Sumqayıtda marşrut avtobusunda baş vermiş insidentlə əlaqədar sürücünün həbs edilməsilə bağlı məlumatlar yayılıb.

XəzərXəbər xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumatın doğru olmadığını deyib.

"Sürücü saxlanılmayıb. Bu barədə məlumatlar əsassızdır. Müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir. Araşdırma nəticələrindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi bildirib.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Sürücü Aqil Kosayevlə sərnişin Sənubər Baxşəliyeva mübahisə edib. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

Xəbər lenti