Xəzər Xəbər

DİQQƏT! Polis əməliyyat KEÇİRDİ: Saxlanılanlar var

Hadisə | 11:35 • 30 İyun 2022
DİQQƏT! Polis əməliyyat KEÇİRDİ: Saxlanılanlar var

Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Eldəniz Süleymanov və əvvəllər məhkum olunmuş Tərlan Əliyev sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 6 kiloqramdan çox olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, onlar həmin narkotik vasitəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində satışını təşkil etməli imişlər. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son vaxtlar ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha 11 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onların hər birindən müxtəlif çəkilərdə narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti