Xəzər Xəbər

Tarixi əşyaların Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Hadisə | 13:50 • 29 İyun 2022
Tarixi əşyaların Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Azərbaycan gömrükçüləri tarixi əhəmiyyət daşıyan xeyli miqdarda predmetin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Rusiya Federasiyasına gedən "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb.

Yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin kabinəsi və qoşqusunun ayrı-ayrı yerlərində gizlədilən cəmi 15 ədəd polietilen bağlama aşkar edilib.

Həmin bağlamalara baxış nəticəsində isə üzərində müxtəlif simvol və heroqlif olan 4 ədəd qızıl sikkə, üzərində müxtəlif simvol və heroqlif olan 20 ədəd gümüş sikkə, bürüncdən hazırlanan - üzərində şamdan simvolu olan 18 ədəd kulon, eləcə də xaça bənzər 22 ədəd kulon, üzərində simvol olan kubşəkilli 5 ədəd predmet, üzərində simvol olan 4 ədəd çoxbucaqlı predmet, üzərində simvol olan 1 ədəd səkkizbucaqlı predmet, üzərində müxtəlif simvollar olan 280 ədəd dördbucaqlı predmet və nəhayət, üzərində müxtəlif simvol və heroqlif olan 10.800 ədəd dairəvi şəkilli mis aşkara çıxarılıb.

Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, təqdim olunan predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə məxsus, Roma imperiyası və Bizans imperiyası dövrünə aid olub, tarixi, bədii, muzey, etnoqrafik arxeloji əhəmiyyət kəsb edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti