Xəzər Xəbər

Bakıda dəhşətli ailə FACİƏSİ - Yeddi aylıq əkiz bacılar yanaraq öldülər, xəsarət alanlar var

Hadisə | 12:10 • 29 İyun 2022
Bakıda dəhşətli ailə FACİƏSİ - Yeddi aylıq əkiz bacılar yanaraq öldülər, xəsarət alanlar var

Bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi qeydə alınıb.

XəzərXəbər-in məlumatına görə, yerli icra nümayəndəsi Elmar Abbasov oxu.az-a baş verən yanğınla bağlı bildirib ki, hadisə nəticəsində iki azyaşlı körpə dünyasını dəyişib, digər xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər:

“Bizdə olan ilkin məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi deyilir, amma hazırda araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İki nəfər 7 aylıq əkiz uşaq dünyasını dəyişib. Uşaqlardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib.

Mən yeni (dörd ay əvvəl - red.) təyin olunduğuma görə ailə haqqında çox məlumatım yoxdur. Ailənin burada uzun müddət, yoxsa yeni məskunlaşması ilə bağlı məlumat araşdırmadan sonra bəlli olacaq. Hələlik bir söz deyə bilmərəm. Ailə başçısı Rövşən Abbasov olub”.

xxx

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacı ölüb.

XəzərXəbər APA-ya istinadla xəbər verir ki, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdLü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıblar.

xxxx

Bakıda dəhşətli yanğın olub.

XəzərXəbər Oxu-a istinadən məlumat verir ki, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti