Xəzər Xəbər

Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu AŞKARLANDI

Hadisə | 13:45 • 27 İyun 2022
Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu AŞKARLANDI

Maştağa sakininin həyətində 15 mindən çox çətənə kolu aşkarlanıb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15367 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Xəbər lenti

Çox oxunanlar