Xəzər Xəbər

Bakıda dava: 41 yaşlı kişiyə 7 bıçaq zərbəsi vuruldu

Hadisə | 11:57 • 27 İyun 2022
Bakıda dava: 41 yaşlı kişiyə 7 bıçaq zərbəsi vuruldu

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il Cavadov Elman Əyyub oğlu tanışı Yasin Məmmədov tərəfindən bıçaqlanıb. O, E.Cavadova ümumilikdə 7 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti