Xəzər Xəbər

Azərbaycanda axşam saatlarında DƏHŞƏT: 3 nəfər ölümdən döndü

Hadisə | 19:11 • 23 İyun 2022
Azərbaycanda axşam saatlarında DƏHŞƏT: 3 nəfər ölümdən döndü

Bakı-Quba yolunda ağır qəza olub.

Hadisə bu gün saat 15:30-da yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb. Siyəzən rayon sakini 43 yaşlı hüseynov Ramin Əjdər oğlunun idarə etdiyi "VAZ-2104" markalı avtomobil Ucar rayon sakini 39 yaşlı Əliyev Sadiq Fikrət oğlunun idarə etdiyi "DONGFENG DFL 1250A" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2104"ün sürücüsü R. Hüseynov, sərnişinləri 69 yaşlı Abbasov Firudin Saməddin oğlu və 38 yaşlı Eldarov Əli Həsənbala oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır./Lent.az

Xəbər lenti