Xəzər Xəbər

Azərbaycanlı İstanbulda kürəkəni tərəfindən öldürüldü FOTO

Hadisə | 12:09 • 23 İyun 2022
Azərbaycanlı İstanbulda kürəkəni tərəfindən öldürüldü

İstanbulun Başakşehir bölgəsində Azərbaycan əsilli Mübariz Nuriyev adlı şəxsin cəsədi aşkar olunub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, M.Nuriyevin cəsədi Olimpiya Stadionunun qarşısında ağaclıq ərazidə aşkarlanıb.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Nuriyev öz kürəkəni tərəfindən başından güllələnib. Polis Nuriyevin kürəkənini və bəzi digər ailə üzvlərini saxlayıb.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

 
 
 

Xəbər lenti

Çox oxunanlar