Xəzər Xəbər

Bakının Xəzər rayonunda neft oğruları peyda oldu

Hadisə | 18:50 • 21 İyun 2022
Bakının Xəzər rayonunda neft oğruları peyda oldu

Bakıda mədən ərazisindən müxtəlif vaxtlarda 2 ton neft oğurlamaq istəyən şəxslər yaxalanıb.

XəzərXəbər xəbər verir ki, bu barədə "report"a “Security Operation Services” (“SOS”) mühafizə şirkətindən bildirilib.

Məlumata görə, son günlər H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) mədən ərazisində yerləşən neft anbarlarından bir neçə oğurluğa cəhd olub.

Məmmədzadə Zamiq Mahir oğlu 968 saylı işlək neft quyusunun yaxınlığında yerləşən yeraltı neft anbarından xam neft oğurlamaq istəyərkən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər onu yaxalayıb.

Əraziyə baxış keçirilərkən məlum olub ki, Z.Məmmədzadə xam nefti özü ilə gətirdiyi xüsusi nasos vasitəsilə 99-EN-365 nömrəli “Ford” markalı avtomobilin daxilinə yerləşdirdiyi 2 ton tutumu olan plastik çənə doldurmağı planlaşdırıb.

Oxşar oğurluğa cəhd halı bir neçə gün öncə 1558 saylı neft quyusunun yaxınlığında yerləşən çəndə də qeydə alınıb. Emin Bəkirov gecə saat 03:00 radələrində 99-VF-168 nömrəli “Ford” markalı avtomobil ilə xam neft oğurlamaq istəyərkən mühafizəçilər onu yaxalayıb.

Hər iki faktla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib və oğurluğa cəhd edən şəxslər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar