Xəzər Xəbər

“Toyota” ilə “KamAZ” toqquşdu: 1 nəfər öldü

Hadisə | 12:53 • 4 İyun 2022
“Toyota” ilə “KamAZ” toqquşdu: 1 nəfər öldü

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti