Xəzər Xəbər

Minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Hadisə | 15:53 • 27 May 2022
Minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Daxili İşlər Nazirliyi Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb. O, dərhal xəstəxanaya yerləşdirilmiş, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib. Hazırda vəziyyəti stabildir.

Xəbər lenti