Xəzər Xəbər

Öldürdüyü qadının dəfnində iştirak etdi - Bakıdakı qətlin təfərrüatı

Hadisə | 15:31 • 27 May 2022
Öldürdüyü qadının dəfnində iştirak etdi - Bakıdakı qətlin təfərrüatı

Sumqayıt şəhərində qadını qətlə yetirməkdə təqsirli bilinən Elman Əhmədovun cinayət işi.

XəzərXəbər xəbər verir ki, 2016-cı il martın 6-da DİN-nin 102 xidmətinə daxil olan məlumat əsasında Sumqayıt ŞPİ-nin əməkdaşları magistral yolun kənarında iki hissəyə bölünmüş naməlum qadın meyiti aşkar ediblər.

 

Ehtimal olunub ki, həmin qadını gecə saatlarında avtomobil vuraraq hadisə yerindən qaçıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub və həmin ərazidən parçalanmış qadın cəsədi tapılıb.

Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokoluna əsasən meyit ortadan iki hissəyə bölünüb. Vurulduğu yerdə asfaltın üzərində qana bənzər sürünmə izləri müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, mərhum 1968-ci il təvəllüdlü Gülnarə Dadaşovadı və o, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır.

İş üzrə şübhəli şəxs qismində hadisədən 3 gün sonra Elman Əhmədov saxlanılıb.

İstintaqla müəyyən olunub ki, Elman Əhmədov gecə saat 3 radələrində özünə məxsus avtomobillə evinə gələn zaman onunla eyni binada qalan Gülnarə Dadaşovanın blokdan çıxıb şəhər bazarı istiqamətində getdiyini görüb. Əhmədov qadının arxasınca gedib ticarət mərkəzinin yanına çatan zaman Dadaşovanın işarəsi ilə dayanıb və o maşına əyləşib.

İdarəetdiyi maşında sonuncunun razılığı ilə cinsi əlaqədə olub şəhərə qayıdan zaman aralarında mübahisə yaranıb.

Gülnarə Dadaşova onların münasibətləri barədə arvadına xəbər verəcəyini deyib. Onun sözlərindən əsəbləşən Elman qadını öldürmək qərarına gəlib. Şirniyyat sexinin qarşısında avtomaşını saxlayaraq Gülnarəni maşından düşürüb yumruqla sifətinə zərbələr vurub. Daha sonra yerə yıxılan qadının baş və bədəninə təpiklə çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirib.

Qadının öldüyündən əmin olduqadan sonra törətdiyi cinayətin izini itirmək barədə düşünüb.

Mərhumun yol nəqliyyat hadisəsi nəticəsində ölməsi təsəvvürünü yaratmaq məqsədi ilə meyiti maqistral yolun sol tərəfindəki hərəkət zolağına qoyub hadisə yerindən uzaqlaşıb.
Həmin tarixdə yolda qalmış Gülnarənin meyitinin üzərindən bir neçə maşında keçib və nəticədə cəsəd hissələrə ayrılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Elman Əhmədov ifadəsində bildirib ki, Gülnarə Dadaşovanı qonşu kimi tanıyıb. Özünun avtomaşınından taksi kimi istifadə edərək ailəsini dolandırıb. Martın 6-da axşam saatlarında bazarın yanında Gülnarə əl edib maşını saxladıb və onu bacısı gilə aparmağı xahiş edib. Yol haqqı olaraq 5 manat istəsədə qonşusu 3 manat verə biləcəyini deyib. Gülnarə arxa oturacaqda əyləşib. Dediyi ərazidə onu maşınfan düşürüb evinə qayıdıb. Səhərsi gün isə qadının əri Natiq Dadaşovun sözlərindən bilib ki, arvadının meyiti Bakı-Quba yolunun kənarında aşkar edilib.

Buna baxmayaraq o, Natiqə Gülnarəni gecə Stansiya Sumqayıta apardığını deməyib.

Sonra qadının əri ilə birlikdə pataloji anatomiya birliyinə gedib. Məhrumun dəfnində də iştirak edib. 

Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, Gülnarə Dadaşovaya qarşı zor tətbiq etməyib və onu huşsuz vəziyyətdə yolda qoyub getməyib.

Zərərçəkmiş Natiq Dadaşov təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini həqiqətə uyğun olmayan, cinayət işinin materialları ilə təqzib olan ifadlər kimi qiymətləndirib. Məhkəmə hesab edib ki, prokurorluq Elman Əhmədovun əməlini düzgün olaraq cinayət məcəllisinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

Məhkəmənin hökmü ilə 1975-ci ilə təvəllüdlü Elman Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 17 il müddətinə azadlıqdam məhrum olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti