Xəzər Xəbər

Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı

Hadisə | 14:20 • 21 May 2022
Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı

Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verdiyi iddia edilib.

Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb.

Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb.

İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera görüntüləri silinib.

Qeyd edək ki, uşaqların nənəsi sözügedən məktəbdə texniki işçidir.

XəzərXəbər xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında tərəflərin izahatları alınıb:

“Döyüldüyünü iddia edən şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertizanın, eləcə də aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti