Xəzər Xəbər

Dostunun atasını idman gödəkçəsi ilə boğub öldürdü - Bakıdakı qətlin təfərrüatı

Hadisə | 11:47 • 17 May 2022
Dostunun atasını idman gödəkçəsi ilə boğub öldürdü - Bakıdakı qətlin təfərrüatı
Abşeron rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən İsmayıl Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
 
XəzərXəbər Ölkə.az-a istinadən xəbər verir ki, 2021-ci il yanvarın 22-si Saray qəsəbə sakini İsmayıl Əliyev Abşeron rayon Polis İdarəsinə gələrək qonşusu Tofiq Bədirovu boğub öldürdüyünü bildirir. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb sübutlar götürülür və müvafiq ekspertizalar təyin edilir. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Tofiq Bədirovun qanında 2,3 faiz etil spirti aşkar edilir.
 
Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, yanvarın 21-i saat 22 radələrində 2003-cü il təvəllüdlü İsmayıl Əliyev qonşusu, 1972-ci il təvəllüdlü Tofiq Bədirovun yaşadığı evdə birlikdə spirtli içki qəbul edib. Bu zaman Tofiq, İsmayılı 27 manat pulunu oğurlamaqda günahlandırıb və onu söyüb. Buna görə, İsmayıl evi tərk edib və özünə yaxın hesab etdiyi Natiq Hüsiyevin yanına gedib. Tofiq Bədirovun onu oğurluqda ittiham edərək şərlədiyini söyləyib.
 
Hüsiyev sakitləşib evə getməsini məsləhət görsə də, İsmayıl qonşusunu öldürmək qərarına gəlib. Bu niyyətlə evinə qayıdıb, əvvəl sağ əli ilə Tofiqin çənəsinə yumruq zərbəsi vurub. Sonra öz gödəkcəsi ilə Tofiqi boğaraq öldürüb.
 
İş üzrə dindirilmiş İsmayıl Əliyev ifadəsindəsində bildirib ki, valideynləri ilə birlikdə Saray qəsəbəsində yaşayıb. 3 il əvvəl qonşusu Tofiq Bədirovun 2007-ci il təvəllüdlü Tamerlan adlı oğlu ilə dost kimi münasibəti yaranıb, tez-tez evlərində olub.
 
Təxminən 7-8 ay əvvəl dostu anasının yaşadığı Yardımlı rayonuna gedib. Tamerlanla tez-tez telefonla əlaqə saxlayıb. İki gündən bir Tamerlanın atasının yanına gedib, onunla birlikdə içki qəbul edib. Spirtli içki içərkən Tofiq öz ailəsindən və qardaşlarından şikayətlənib. Tofiqin qardaşlarının Bakının Nizami küçəsində obyektləri olub. Onlar icarə haqqının bir hissəsini Tofiqə veriblər, o da pulları öz ehtiyacları üçün xərcləyib. Onun yanına getməyimdən ailə üzvlərinin xəbəri olmayıb. Çünki ata-anasının Tofiqdən xoşu gəlmiyib. 
 
İsmayıl Əliyev ifadəsinin davamında bildirib ki, yanvarın 22-də səhər Tamerlan "Whatsapp”da mesaj yazaraq, ondan atasına baş çəkməsini xahiş edib..
 
Buna görə də saat 15 radələrində onun yanına gedib, spritli içdi qəbul ediblər.
 
Bir müddətdən sonra Tofiq onun 27 manatını oğurlamasını və pulunu gətirməsini  deyib.
 
Evdən çıxaraq qonşusu Natiqin yanına gedib və bu barədə ona danışıb. Tofiqin ona şər atdığını deyib. 
 
Yenidən qonşusunun evinə yollananda qonaq otağında o, söyüş söyərək pulunun gətirməsi tələb edib:
 
"Cavab qaytaranda, Tofiq mətbəxə getmək istədi. Amma onun qarşısını kəsib getməsinə imkan vermədim. Üzünə yumruq vuran kimi Tofiq arxası üstə divana yıxıldı və sağ əlimlə boğazından tutub, sıxdım. Müqavimət göstərdiyini görüb, arxasına keçdim. Sağ qolumla idman gödəkcəsini cəld boynuna dolayıb onu boğdum. Tofiq bir neçə dəfə onu buraxmağımı desə də, əhəmiyyət vermədim. 2-3 dəqiqə sonra o, divanın qarşısında hərəkətsiz qaldı. Natiq Hüsiyevə zəng edib Tofiq Bədirovu öldürdüyümü dedim. Daha sonra evdən çıxdım və qapıları bağlayaraq açarı cibimə qoydum. Küçədə telefon nömrəmi sındırdım. Hadisə ilə bağlı heç kimə xəbər vermədən, Saray qəsəbəsində 523 nömrəli avtobusa minib Abşeron rayon Polis İdarəsinə getdim. İdarəyə girməmişdən əvvəl yaddaşda olan məlumatları silərək, telefonumu sındırdım”.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Nurlan Bədirov ifadəsində göstərib ki, qardaşı Tofiq 2006-cı ildə uzaq qohumları Nailə Həsənova ilə ailə qurub, nikahdan bir övladları anadan olub. 10 ildən sonra müəyyən səbəblərə görə onlar ayrılıblar və Tofiq Saray qəsəbəsində yaşayıb. Qardaşı heç bir işlə məşğul olmayıb. Spirtli içki aludəçisi olub. Qardaşının ölüm xəbərini həyat yoldaşından eşidib.
 
Məhkəmə prosesi zamanı İsmayıl Əliyev ittiham üzrə özünü təqsirli bilib. 
 
Məhkəmə nəticəyə gəlib ki, İsmayıl Əliyevin əməli ibtidai istintaq orqanı tərəfindən zamanı CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. 
 
Sonda məhəkəmnin hökmü ilə İsmayıl Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti