Xəzər Xəbər

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Hadisə | 17:28 • 15 May 2022
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 896 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 272, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 112, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 047, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 256 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 142 nəfər təşkil edir.

Xəbər lenti