Xəzər Xəbər

Bakıda DƏHŞƏT: 31 yaşlı kişi körpüyə çıxıb özünü doğradı

Hadisə | 14:21 • 13 May 2022
Bakıda DƏHŞƏT: 31 yaşlı kişi körpüyə çıxıb özünü doğradı

Bakıda intihara cəhd hadisəsi şahidləri şoka salıb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.

Bakı şəhər sakini, 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər.

Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır./Lent.az

İmsak və İftar vaxtı 2022

Xəbər lenti