Xəzər Xəbər

Bakıda bir günə iki məktəbli qız yoxa çıxdı

Onların tapılması üçün əməliyyat-axtarış işləri davam etdirilir
Hadisə | 11:59 • 13 May 2022
Bakıda bir günə iki məktəbli qız yoxa çıxdı

Bakıda yeniyetmə qızlar itkin düşüb.

Lent.az-ın məlumatına görə, Sabunçu rayonu, Maştağa qəsəbə sakini 16 yaşlı H. Ağayeva və Nəsimi rayon sakini 15 yaşlı X. Bayramova yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Hər bir fakt üzrə polisə məlumat daxil olub. Onların tapılması üçün əməliyyat-axtarış işləri davam etdirilir.

Qeyd edək ki, onların hər ikisinin məktəbli olduğu bildirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti