Xəzər Xəbər

Bakıda özünü dənizə atan şəxs xilas edilib

Hadisə | 12:08 • 12 May 2022
Bakıda özünü dənizə atan şəxs xilas edilib

Bakıda 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

XəzərXəbər xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti