Xəzər Xəbər

Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı

Hadisə | 10:21 • 12 May 2022
Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib./apa

Xəbər lenti