Xəzər Xəbər

Peyvənd olunanların sayı açıqlandı

Hadisə | 18:41 • 11 May 2022
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 4 558 nəfər vaksinasiya olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 188 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 379-dur.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 674 449, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 437, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 8412 755, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 247 205, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 052 nəfərdir.

Xəbər lenti