Xəzər Xəbər

Bakı sakini evində döyülüb, əlləri iplə bağlanıb, sonra isə...

Hadisə | 13:55 • 19 Aprel 2022
Bakı sakini evində döyülüb, əlləri iplə bağlanıb, sonra isə...

Bakı sakininə qarşı quldurluq edilib.

XəzərXəbər xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinnin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti