Xəzər Xəbər

İtkin düşən tələbə qız görün haradan tapıldı: SEVGİLİSİ İLƏ...

Hadisə | 24,780 | 13:05 • 19 Aprel 2022
İtkin düşən tələbə qız görün haradan tapıldı: SEVGİLİSİ İLƏ...
Bakı Mühəndislik Universitetinin itkin düşən III kurs tələbəsi Lamiyə Binnətova tapılıb.
 
XəzərXəbər "modern.az"-a istinadən xəbər verir ki, tələbə qız aprelin 1-də sevdiyi oğlana qoşularaq rayonlardan birinə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.
Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:
 
"Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir".
 
Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.
 
Bakı Mühəndislik Universitetinin sözçüsü Elman Babayev isə Lamiyənin aprelin 1-i saat 16:50-də müəllimdən icazə alaraq dərsdən çıxdığını və geri qayıtmadığını bildirib.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti