Xəzər Xəbər

Avtomobildə narkotik satan şəxs tutulub FOTO

Hadisə | 18:09 • 28 Yanvar 2022
Avtomobildə narkotik satan şəxs tutulub

Bakıda narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

E.Hacıyev bildirib ki, 77-PC-269 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti