Xəzər Xəbər

Sumqayıt sakini Bakıda maşın oğurlayıb aeroporta apardı

Hadisə | 15:03 • 22 Yanvar 2022
Sumqayıt sakini Bakıda maşın oğurlayıb aeroporta apardı

Bakıda avtomobil qaçıran şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23:00 radələrində M.Həsənov küçəsindən “Mercedes-Benz” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti