Xəzər Xəbər

Tağıyevin heykəlini zədələyənlərlə bağlı SON QƏRAR

Hadisə | 18:17 • 21 Yanvar 2022
Tağıyevin heykəlini zədələyənlərlə bağlı SON QƏRAR

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

XəzərXəbər APA-ya istinadla xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində keçirilən prosesdə qərar çıxarılıb. Hər iki şəxs sərbəst buraxılıb və polisinin nəzarətinə verilib.

 

Qeyd edək ki, yanvarın 18-də Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin gecə saatlarında zədələnib.

Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Onların hərəkətlərində xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti