Xəzər Xəbər

Qaxda ailə faciəsi: Ər qəza törətdi, xanımı öldü

Hadisə | 14:25 • 21 Yanvar 2022
Qaxda ailə faciəsi: Ər qəza törətdi, xanımı öldü

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun sürdüyü “Ford” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlər, rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb. Onun bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti