Xəzər Xəbər

Bakıda dəhşətli hadisə: Zərbədən gözləri yerindən çıxdı

Hadisə | 13:38 • 21 Yanvar 2022
Bakıda dəhşətli hadisə: Zərbədən gözləri yerindən çıxdı

Ötən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, saat 01 radələrində 8 Noyabr prospektində 35 yaşlı F.Hacıyevin idarə etdiyi “KİA” markalı, 99 VS 219 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə baş nahiyəsindən ağır xəsarət alıb, zərbənin gücündən onun gözləri yerindən çıxaraq qopub.

Faktla bağlı Xəai rayon Polis İdarəsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti