Xəzər Xəbər

Bakıda nişanlısı gənc qızın qollarını sındırıb

Hadisənin təfərrüatı araşdırılır
Hadisə | 08:44 • 21 Yanvar 2022
Bakıda nişanlısı gənc qızın qollarını sındırıb

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

“Report”un məlumatına görə, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti