Xəzər Xəbər

Azərbaycan 200 nəfərin intim görüntüsünü çəkən bu qadını axtarışa verdi

Hadisə | 17:55 • 19 Yanvar 2022
Azərbaycan 200 nəfərin intim görüntüsünü çəkən bu qadını axtarışa verdi

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib.

XəzərXəbər xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Axtarışa verilən 33 yaşlı Sevinc Niyazi ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən 32 nəfərlik mütəşəkkil dəstənin əsas üzvlərindən biri olub. Dəstə vətəndaşa videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq edib və bu danışığın videoçəkilişini həyata keçirib.

Daha sonra onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

Həmin dəstənin əməlindən 200 nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşını zərər çəkib. Dəstənin Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri aparılıb. Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti