Xəzər Xəbər

Peyvənd olunanların sayı AÇIQLANDI

Hadisə | 17:41 • 19 Yanvar 2022
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 28 097 vaksin vurulub.
 
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.
 
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.

Xəbər lenti