Xəzər Xəbər

Polis əməliyyat keçirdi - 10 ədəd silah götürüldü

Hadisə | 10:25 • 18 Yanvar 2022
Polis əməliyyat keçirdi - 10 ədəd silah götürüldü

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Xəbər lenti