Xəzər Xəbər

Yardımlıda avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var

Hadisə | 16:00 • 17 Yanvar 2022
Yardımlıda avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb.

XəzərXəbər xəbər verir ki, hadisə yanvarın 16-da, saat 13 radələrində rayonun Şıxlar kəndi ərazisində baş verib.

Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Yardımlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti