Xəzər Xəbər

Hacıqabul sakinlərindən narkotik götürülüb

Hadisə | 16:34 • 16 Yanvar 2022
Hacıqabul sakinlərindən narkotik götürülüb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti