Xəzər Xəbər

Polis bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Hadisə | 13:05 • 15 Yanvar 2022
Polis bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Xəzər rayonunda naməlum kişi meyiti taplıb.

Onu tanıyanlar polisə məlumat vermələri xahiş olunur.

XəzərXəbər xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72-03, (012)- 456-03-02, (070) – 403-03-03 və (050) – 275-55-55 və (050) -679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti