Xəzər Xəbər

Xırdalanda 32 yaşlı kişi özünü bıçaqladı

Hadisə | 09:47 • 15 Yanvar 2022
Xırdalanda 32 yaşlı kişi özünü bıçaqladı

Abşeron rayonunda 32 yaşlı kişi intihara cəhd edib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Emin İsiməmməd oğlu bıçaqla özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti