Xəzər Xəbər

Naxçıvanda gəlinini boğub öldürən şəxsin məhkəməsi başlayır

Hadisə | 14:54 • 14 Yanvar 2022
Naxçıvanda gəlinini boğub öldürən şəxsin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikasında qətl törətməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası başlayıb.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabr ayında Naxçıvanın Babək rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 67 yaşlı Əli Məmmədov gəlini, 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib.

Hüquq mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində Ə.Məmmədov saxlanılıb./Report

Rubrikanın digər xəbərləri

Xəbər lenti