Xəzər Xəbər

Azərbaycanda meşədə qadın meyiti tapıldı

Hadisə | 14:47 • 14 Yanvar 2022
Azərbaycanda meşədə qadın meyiti tapıldı
Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.
 
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.
 
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar