Xəzər Xəbər

Gəncədə şəhid adından istifadə edən dələduz saxlanıldı

Hadisə | 10:39 • 13 Yanvar 2022
Gəncədə şəhid adından istifadə edən dələduz saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti