Xəzər Xəbər

İsmayıllıda DƏHŞƏT: 79 yaşlı qadın diri-diri yandı

Hadisə | 10:25 • 13 Yanvar 2022
İsmayıllıda DƏHŞƏT: 79 yaşlı qadın diri-diri yandı

İsmayıllı rayonunda 79 yaşlı qadın evdə yanaraq ölüb.

Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti