Xəzər Xəbər

Sumqayıtda narkotik satanlar ələ keçdi

Hadisə | 09:04 • 13 Yanvar 2022
Sumqayıtda narkotik satanlar ələ keçdi

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

XəzərXəbər xəbər verir ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən sonuncu əməliyyatlar nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan daha 3 nəfər tutulub.

Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1987-ci il təvəllüdlü Rafail Hüseynov, 1995-ci il təvəllüdlü Ülvi Saqiyev və 1966-cı il təvəllüdlü Tahir Bayramov saxlanılıb. R. Hüseynovun üzərinə keçirilən baxış zamanı onun üzərindən 2 kq marixuana, 6 qram metamfetamin və 3 qram heroin aşkar edilərək götürülüb. Ü. Saqiyev və T.Bayramovun üzərindən isə müxtəlif çəkilərdə heroin çıxıb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar