Xəzər Xəbər

Azad edilmiş ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb

Hadisə | 14:09 • 9 Dekabr 2021
Azad edilmiş ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, 10 noyabr 2020-ci il tarixdən indiyədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

Qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər lenti