Xəzər Xəbər

Məktəblərə narkotik vasitələr gətirirlər? - RƏSMİ AÇIQLAMA

Hadisə | 13:45 • 9 Dekabr 2021
Məktəblərə narkotik vasitələr gətirirlər? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə təhsil müəssisələrinə narkotik vasitələrin gətirilməsilə bağlı məlumatlar yayılır.

XəzərXəbər xəbər verir ki, iddialara görə kimlərsə şagird və tələbələri narkotik vasitələr öyrəşdirməyə çalışırlar.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, məktəblilər və tələbələr arasında narkotik istifadəçiləri olması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır.

“Bunu qəsdən yayırlar ki, çəmiyyətdə çaşqınlıq yaransın. Heç bir fakt yoxdur. Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta “feyk-neys”-lar belə diqqətdən kənarda qalmır.

Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur”./baku.ws

Xəbər lenti

Çox oxunanlar