Xəzər Xəbər

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı

Hadisə | 08:17 • 9 Dekabr 2021
Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı

2015-ci il dekabrın 4-də "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

XəzərXəbər xəbər verir ki, bu barədə neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib. 
 
Xatırladaq ki, dekabrın 4-də "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

 
Qeyd edək ki, "Günəşli" yatağında baş verən faciə də eyni vaxta təsadüf edir./Qafqazinfo

Xəbər lenti