Xəzər Xəbər

Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı RƏSMİ

Hadisə | 10:06 • 7 Dekabr 2021
Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum etdiyinə görə cəzalandırılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə DSX-nin aparat rəhbəri general-mayor Elçin İbrahimov Haqqın.az saytına deyib.

“Olayı incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət aldı”, - general-mayor bildirib.

Aparat rəhbəri qeyd edib ki, helikopterin qəzaya uğraması barədə məlumat gələn kimi DSX rəhbərliyi general-polkovnik Elçin Quliyev başda olmaqla hadisə yerinə getdi: "Yaralıların təxliyə olunması, hadisə yerinin qorunmasının təminatı, həlak olmuş zabitlərin cəsədlərinin tanınması, onların qohumlarına və yaxınlarına xəbər verilməsi, dəfn mərasiminin təşkili məsələsi ilə bağlı dərhal göstərişlər verildi.

Baş Prokurorluqla birgə baş vermiş hadisə haqqında ilkin məlumat verildi və həmin informasiya 12.11-də saytımıza yerləşdirildi.

DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev hadisə yerinə gələn KİV nümayəndələri ilə görüşdü və onlara ilkin məlumat verdi. Bundan bir neçə saat sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev KİV nümayəndələri üçün brifinq keçirdi və jurnalistləri maraqlandıran bütün suallara cavab verdi.

Həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olundu. Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək.

KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm".

Xəbər lenti

Çox oxunanlar