Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Hadisə | 12:58 • 6 Dekabr 2021
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 4-də və 5-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 75 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti