Xəzər Xəbər

Kürdəmir sakininin qulağını it qopardı

Hadisə | 21:19 • 5 Dekabr 2021
Kürdəmir sakininin qulağını it qopardı

Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

XəzərXəbər xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.

Xəbər lenti