Xəzər Xəbər

Bakıda KÜTLƏVİ DAVA: yaralananlar var

Hadisə | 11:06 • 2 Dekabr 2021
Bakıda KÜTLƏVİ DAVA: yaralananlar var

Bakının Nizami rayonunda iki nəfər boğazından bıçaqlanıb.

XəzərXəbər APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.

6 nəfər arasında düşən dava zamanı 1993-cü il təvəllüdlü Əhmədov Beytulla Elmar oğlu boğazından, 1978-ci il təvəllüdlü Serkan Aktaş isə baş nahiyəsindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Xəbər lenti