Xəzər Xəbər

Vətəndaşların NƏZƏRİNƏ: İki rayona qazın verilməsi müvəqqəti dayandırılacaq

Hadisə | 14:51 • 30 Noyabr 2021
Vətəndaşların NƏZƏRİNƏ: İki rayona qazın verilməsi müvəqqəti dayandırılacaq

Zaqatala və Balakəndə qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar 1 dekabr 2021-ci il tarixində saat 09:00-da qaz təchizatı işlər bitənədək dayandırılacaq.

Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.

Xəbər lenti