Xəzər Xəbər

Füzuli rayonunda iki hərbçi minaya düşüb

Onlar xəstəxanaya yerləşdirilib
Hadisə | 14:01 • 28 Noyabr 2021
Füzuli rayonunda iki hərbçi minaya düşüb

Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Məlumata görə, Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. 

Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Xəbər lenti

Çox oxunanlar